16 sentyabr 2026. Çərşənbə

PSJ-nin futbolçusu UEFA Super Kubokunun ən yaxşısı seçildi


PSJ-nin futbolçusu UEFA Super Kubokunun ən yaxşısı seçildi

Zalsburqda UEFA Super Kuboku uğrunda PSJ ilə “Aston Villa” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Paris təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Görüşdən sonra UEFA tərəfindən matçın ən yaxşı futbolçusuna təqdim edilən mükafat PSJ-nin hücumçusu Desire Duaya verilib.

Qeyd edək ki, qələbə qolunun müəllifi də məhz Dua olub. İkinci hissədə Usman Dembeledən ötürmə alan fransalı hücumçu qapıçı ilə üz-üzə qalaraq şansını dəqiq tamamlayıb. Yan xətt hakimi epizodda ofsayd qeydə alsa da, VAR yoxlamasından sonra qolun qaydalara uyğun olduğu müəyyənləşib.

Luis Enrike bundan sonra PSJ-ni Fransa Super Kubokunda “Lans”a qarşı keçiriləcək oyuna hazırlayacaq. Qarşılaşma avqustun 16-da baş tutacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi