29 sentyabr 2026. Çərşənbə axşamı

“Şaxtyor” Çempionlar Liqası oyunlarını “Çelsi”nin stadionunda keçirə bilər


“Şaxtyor” Çempionlar Liqası oyunlarını “Çelsi”nin stadionunda keçirə bilər

Donetsk “Şaxtyor”u UEFA Çempionlar Liqasındakı ev oyunlarını “Çelsi” klubunun çıxış etdiyi “Stemford Bric” stadionunda keçirməyi nəzərdən keçirir.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, Ukrayna klubu bununla bağlı artıq danışıqlara başlayıb.

Təxminən 40 min tamaşaçı tutumuna malik “Stemford Bric” variantı “Şaxtyor” üçün əsas seçim hesab olunur. Donetsk təmsilçisi daha əvvəl “Fulhem” və “Brentford”un stadionlarında oynamaq imkanını da nəzərdən keçirib. Lakin bu arenalar tamaşaçı tutumuna görə “Stemford Bric”dən geri qalır.

Qeyd edək ki, “Çelsi” yeni mövsümdə avrokuboklarda iştirak etməyəcək. London klubu ötən mövsüm İngiltərə Premyer Liqasını 10-cu pillədə başa vurub.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu