- Çempionlar liqası
- 00:59 19.08.2026
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyənin “Fənərbağça” klubu doğma meydanda Fransanın “Lion” komandası ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüşün 40-cı dəqiqəsində qonaqlar hesabı açıblar. Korenten Tolissonun məhsuldar ötürməsindən sonra Loyis Openda fərqlənib. “Lion” ilk hissəni minimal üstünlüklə başa vurub.
İstanbul təmsilçisi ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. Meyson Qrinvudun vurduğu qola Kərəm Aktürkoğlu assist edib.
Digər pley-off görüşlərində Zaqreb “Dinamo”su “Vikinq”lə 2:2 hesablı heç-heçə edib. “Levski” və AEK isə qapılara yol tapa bilməyib – 0:0.
Komandalar arasında cavab oyunları avqustun 26-da keçiriləcək.