- Çempionlar liqası
- 01:07 20.08.2026
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Rumıniyanın paytaxtı Buxarestdə İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb. “Quleşti” stadionunda keçirilən görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“SABAH” oyunun əvvəlində hesabı açıb. 6-cı dəqiqədə Velko Simiç fərqlənərək Bakı klubunu önə keçirib. “Hapoel” 43-cü dəqiqədə Ceyvon İstin qolu ilə tarazlığı bərpa edib.
İsrail təmsilçisi 79-cu dəqiqədə İqor Zlatanoviçin qolu ilə hesabı öz xeyrinə dəyişib və qarşılaşmadan qalib ayrılıb.
Beləliklə, “Sabah” mərhələni keçmək üçün cavab görüşündə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.