4 oktyabr 2026. Bazar günü

Çempionlar Liqasında pley-off mərhələsinin daha iki oyunu keçirilib


Çempionlar Liqasında pley-off mərhələsinin daha iki oyunu keçirilib

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, görüşlərdən birində Şotlandiyanın “Seltik” klubu doğma meydanda Avstriyanın LASK komandasını 3:0 hesabı ilə məğlub edib.

Qlazqo təmsilçisi 26-cı dəqiqədə Bencamin Nüqrenin qolu ilə hesabı açıb. 38-ci dəqiqədə Kamilo Duran fərqi iki topa çatdırıb. Duran ikinci hissədə daha bir dəfə fərqlənərək dublunu rəsmiləşdirib və komandasının 3:0 hesablı qələbəsini təmin edib.

Günün digər matçında isə İsrailin “Hapoel” (Beer-Şeva) komandası “Sabah”ı 2:1 hesabı ilə məğlub edib.

Bakı klubu qarşılaşmanın 6-cı dəqiqəsində Velko Şimiçin dəqiq zərbəsi ilə hesabı açıb. Lakin meydan sahibləri oyunun gedişində üstünlüyü ələ alaraq geri dönüşə nail olublar.

İsrail təmsilçisinin qələbə qolunu 79-cu dəqiqədə İqor Zlatanoviç vurub.

Beləliklə, “Sabah” cavab oyunu öncəsi minimal hesablı məğlubiyyətlə üzləşib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”