16 sentyabr 2026. Çərşənbə

Çempionlar Liqası: Pley-off mərhələsinin daha iki ilk oyunu başa çatıb


Çempionlar Liqası: Pley-off mərhələsinin daha iki ilk oyunu başa çatıb

Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda ilk oyunlar çərçivəsində daha iki qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, görüşlərdən birində Niderlandın “NEK Neymegen” klubu doğma meydanda Norveçin “Budyo-Qlimt” komandasını qəbul edib.

Qonaqlar oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar. “Budyo-Qlimt”in heyətində Sondre Brunstad, Andreas Helmerssen (penaltidən) və Heytam Aleesami fərqləniblər. “NEK Neymegen”in yeganə qolunu isə qarşılaşmanın son dəqiqələrində Nikita Haykin buraxıb.

Günün digər matçında Slovakiyanın “Slovan” (Bratislava) klubu doğma meydanda Sloveniyanın “Tsele” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Roman Çerepaki, qonaqlarda isə Milot Avdili fərqlənib.

Qeyd edək ki, cavab oyunları gələn həftə keçiriləcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi