6 oktyabr 2026. Çərşənbə axşamı

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində!


“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində!

“Sabah” klubu Azərbaycan futbolu adına tarixi uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, ölkə çempionu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında “Sabah” 3:2 hesabı ilə qalib gəlib. Azərbaycan təmsilçisinin qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və 90+4-cü dəqiqədə Tellur Mütəllimov vurublar. Qonaq komandanın heyətində isə İqor Zlatanoviç və Qay Mizrahi fərqləniblər.

Rumıniyada keçirilən ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəldiyindən cütün taleyi əlavə vaxta daşınıb.

Əlavə vaxtda isə “Sabah” üstünlüyü ələ alıb. 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə isə Coy-Lens Mikels rəqib qapısına yol taparaq Azərbaycan çempionunun qələbəsini rəsmiləşdiriblər.

Beləliklə, iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə üstün olan “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Bu, Azərbaycan klub futbolu üçün də əlamətdar nailiyyətlərdən biridir.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”