26 avqust 2026. Çərşənbə

“Budyo-Qlimt” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı


“Budyo-Qlimt” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Budyo-Qlimt” və NAK qarşılaşıb.

 90deqiqe.Az-ın məlumatına görə, görüş Niderland təmsilçisi üçün uğursuz başlayıb. Matçın ilk dəqiqələrində Qonsalo Kretas qırmızı vərəqə ilə meydandan qovulub. İlk oyunda 1:3 hesabı ilə məğlub olan NAK-ın növbəti mərhələyə yüksəlmək şansı da xeyli azalıb.

“Budyo-Qlimt” fasilə ərəfəsində hesabı açıb. Sondre Öyklenin ötürməsindən sonra Fredrik Byorkan topu rəqib qapısından keçirib.

Norveç təmsilçisi az sonra fərqi iki topa çatdırıb. Bu dəfə Sondre Öyklen özü fərqlənib. Qola məhsuldar ötürməni isə Yens-Petter Höge verib.

Matçın yekun hesabını NAK-ın futbolçusu Deveron Fonvil müəyyənləşdirib.







Çempionlar liqası