- Çempionlar liqası
- 00:13 27.08.2026
2026/27 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsinin püşkatması bu gün – avqustun 27-də Monakoda keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, hazırda turnirin ümumi mərhələsində iştirak edəcək 36 komandadan 32-si bəllidir. Daha 4 iştirakçının adına isə avqustun 26-da keçiriləcək Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunun cavab oyunlarından sonra aydınlıq gələcək.
Ümumi mərhələdə hər komanda 8 oyun keçirəcək. Klublar 4 səbətin hər birindən 2 rəqiblə qarşılaşacaq. Görüşlərin 4-ü evdə, 4-ü isə səfərdə keçiriləcək. Konkret rəqiblər UEFA-nın kompüter sistemi vasitəsilə müəyyənləşdiriləcək.
1-ci səbət: PSJ, “Bavariya”, “Real Madrid”, “Liverpul”, “İnter”, “Mançester Siti”, “Arsenal”, “Barselona”, “Atletiko”.
2-ci səbət: “Aston Villa”, “Mançester Yunayted”, Dortmund “Borussiya”sı, “Roma”, “Sportinq”, “Portu”, “Brügge”, PSV, “Betis”.
3-cü səbət: “Feyenoord”, “Lill”, “Napoli”, “RB Leypsiq”, “Vilyarreal”, “Şaxtyor”, “Qalatasaray”.
3-cü və ya 4-cü səbət: “Bodö-Qlimt”, LASK, “Sabah”, “Slaviya” (Praqa), “Ştutqart”, “Komo”, “Lans”, “Fənərbağça” – “Lion” cütünün qalibi, “Dinamo” (Zaqreb) – “Vikinq” cütünün qalibi, “Slovan” – “Çelye” cütünün qalibi, “Levski” – AEK cütünün qalibi.
Qeyd edək ki, Azərbaycan çempionu “Sabah” da ilk dəfə Çempionlar Liqasının ümumi mərhələsində iştirak etmək şansı əldə edib. Bakı klubu püşkatmada 3-cü və ya 4-cü səbətdə yer ala bilər.