- Çempionlar liqası
- 01:02 27.08.2026
Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off mərhələsinin cavab oyununda “Lion” və “Fənərbağça” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Liondakı “Qrupama” stadionunda keçirilən qarşılaşmada İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“Fənərbağça” 24-cü dəqiqədə Vedat Murikinin qolu ilə hesabı açıb. Dörd dəqiqə sonra Arçi Braun fərqlənərək türkiyəlilərin üstünlüyünü iki topa çatdırıb.
“Lion” ikinci hissədə fərqi azaltmağa müvəffəq olub. Maliki Fofana 61-ci dəqiqədə hesabı 1:2 edib.
Fransa klubunun daha iki qolu isə qeydə alınmayıb. Lua Opendanın 64-cü dəqiqədə, Kayil Budaşın isə 72-ci dəqiqədə vurduğu qollar ofsayd səbəbindən VAR müdaxiləsindən sonra ləğv edilib.
Komandalar arasında ilk oyun avqustun 18-də İstanbulda keçirilib və 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “Fənərbağça” 3:2 hesablı üstünlüklə Çempionlar Liqasının 2026/27 mövsümünün ümumi mərhələsinə vəsiqə qazanıb.