27 avqust 2026. Cümə axşamı

Çempionlar Liqası: AEK və “Vikinq” əsas mərhələyə yüksəldi


Çempionlar Liqası: AEK və “Vikinq” əsas mərhələyə yüksəldi

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarında daha iki qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, AEK ilk oyunda “Levski” ilə qolsuz heç-heçə etsə də, cavab görüşündə rəqibini darmadağın edib. Marko Nikoliçin rəhbərlik etdiyi Yunanıstan təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Hesabı 7-ci dəqiqədə Lazaros Rotanın ötürməsindən sonra Luka Yoviç açıb. Ardınca Barnabaş Varqa fərqlənib. İlk hissənin başa çatmasına az qalmış Varqa dublunu rəsmiləşdirərək hesabı 3:0-a çatdırıb. Qarşılaşmada son nöqtəni isə 55-ci dəqiqədə Razvan Marin qoyub.

Digər görüşdə “Vikinq” doğma meydanda Zaqreb “Dinamo”sunu 3:1 hesabı ilə məğlub edib. Norveç klubunun qollarını Zlatko Tripiç, Edvin Östbe və Tobias Moy vurublar.

Beləliklə, iki oyunun nəticəsinə əsasən AEK və “Vikinq” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıblar.







Çempionlar liqası