27 avqust 2026. Cümə axşamı

“Slovan” əlavə vaxtda qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi


“Slovan” əlavə vaxtda qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Sloveniyanın “Çelye” klubu Bratislavanın “Slovan” komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından komandalar növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni cavab matçında davam etdiriblər.

Sloveniyada keçirilən qarşılaşmada hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Kenan Bayriçin ötürməsindən sonra Andraj Şporar fərqlənib.

“Çelye” 34-cü dəqiqədə hesabı bərabərləşdirib. Svita Seşlar təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

Əsas vaxtda qalib müəyyənləşməyib və oyun əlavə vaxta gedib. Əlavə vaxtda isə “Slovan” həlledici qola imza atıb. Nino Marçellinin ötürməsindən sonra Kristian Martines fərqlənərək Slovakiya təmsilçisinə qələbə qazandırıb.

Beləliklə, iki oyunun nəticəsinə əsasən “Slovan” 2:1 hesablı üstünlüklə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.







Çempionlar liqası