28 avqust 2026. Cümə

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu


“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı bütün rəqiblər müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, "bayquşlar" turnirin əsas mərhələsində İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya” klublarını Bakıda qəbul edəcək.

“Sabah” səfərdə isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal”, eləcə də Norveçin “Vikinq” komandası ilə üz-üzə gələcək.

Beləliklə, Azərbaycan çempionunu Avropanın nəhəng klublarına qarşı olduqca maraqlı qarşılaşmalar gözləyir.

Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.







Çempionlar liqası