- Çempionlar liqası
- 22:07 27.08.2026
Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, PSJ-nin turnirdəki bütün rəqibləri müəyyənləşib. Son iki mövsümdə Çempionlar Liqasının qalibi olan Paris təmsilçisi finalda əvvəlcə “İnter”i, daha sonra isə “Arsenal”ı məğlub edib.
Luis Enrikenin rəhbərlik etdiyi komanda əsas mərhələdə “Barselona” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya), “Aston Villa” (İngiltərə), “Qalatasaray” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Slovan” (Slovakiya) və “Komo” (İtaliya) ilə qarşılaşacaq.
PSJ ilə “Barselona” Çempionlar Liqasında indiyədək 15 dəfə üz-üzə gəlib. Bu oyunların 7-də Fransa klubu, 6-da İspaniya təmsilçisi qalib gəlib, 2 görüş isə heç-heçə başa çatıb.
Komandalar sonuncu dəfə ötən mövsüm turnirin əsas mərhələsində qarşılaşıblar. Həmin görüşdə PSJ 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qarşılaşmaların dəqiq tarixləri və başlama saatları daha sonra açıqlanacaq.