- Çempionlar liqası
- 22:07 27.08.2026
Ötən mövsüm UEFA Çempionlar Liqasının finalına qədər irəliləyən “Arsenal”ın yeni mövsümdə əsas mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, püşkatma mərasimi avqustun 27-də Monakoda yerləşən “Grimaldi Forum” konsert zalında keçirilib.
Mikel Artetanın rəhbərlik etdiyi London klubu doğma meydanda Madrid “Real”ı, Dortmund “Borussiya”sı, Fransanın “Lill” və Azərbaycanın “Sabah” komandalarını qəbul edəcək.
“Arsenal” səfərdə isə Münhen “Bavariya”sı, İspaniyanın “Betis”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya” klubları ilə üz-üzə gələcək.
Çempionlar Liqasının əsas mərhələsi sentyabrın 8-də start götürəcək. Qarşılaşmaların dəqiq tarixləri və başlama saatları daha sonra açıqlanacaq.