- Çempionlar liqası
- 01:15 28.08.2026
2029-cu il UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün əsas namizəd “Kamp Nou” stadionudur.
90deqiqe.Az-ın “El Mundo Deportivo”ya istinadən məlumatına görə, Kataloniya stadionunun əsas rəqibi Londonun əfsanəvi “Uembli” arenasıdır.
Finalın keçiriləcəyi stadionla bağlı qərarın sentyabrın 15-də verilməsi gözlənilir. Həmin gün UEFA İcraiyyə Komitəsi Yunanıstanın Saloniki şəhərində iclas keçirəcək.
Qeyd edək ki, “Kamp Nou” daha əvvəl də Çempionlar Liqasının final oyunlarına ev sahibliyi edib. Stadionda keçirilmiş ən yaddaqalan finallardan biri 1999-cu ilin mayında baş tutub. Həmin qarşılaşmada “Mançester Yunayted” son dəqiqələrdə iki qol vuraraq Münhen “Bavariya”sını məğlub edib və kuboka sahib çıxıb.