- Çempionlar liqası
- 18:49 01.09.2026
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini təqdim edib.
Bakı klubunun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, ərizədə 26 futbolçunun adı yer alıb. Onlardan 23-ü A, 3-ü isə B siyahısına daxil edilib.
Klubdan bildirilib ki, hazırda iştirak ərizəsində hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmayıb.
Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B).
Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka.
Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B).
Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.
Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Sabah” ev oyunlarında İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə qarşılaşacaq.
Bakı təmsilçisi səfərdə isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə üz-üzə gələcək.
Azərbaycan çempionu turnirdə ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.