19 oktyabr 2026. Bazar ertəsi

UEFA “Fənərbağça”nın iki futbolçusuna qarşı intizam işi açdı


UEFA “Fənərbağça”nın iki futbolçusuna qarşı intizam işi açdı

UEFA Türkiyənin “Fənərbağça” klubuna, eləcə də futbolçuları Matteo Genduzi və Meyson Qrinvuda qarşı intizam işi açıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İntizam araşdırmasına “Fənərbağça”nın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Fransada “Lion”u 2:1 hesabı ilə məğlub etməsindən sonra baş verən hadisələr səbəb olub. Qarşılaşmanın final fitindən sonra Genduzi və Qrinvud meydanda yaşanan qarşıdurmada iştirak ediblər.

Qeyd edək ki, “Fənərbağça” “Lion” üzərində 2:1 hesablı qələbə sayəsində UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.







Çempionlar liqası

Mendeş “Barselona” ilə oyunu buraxa bilər
  • Çempionlar liqası
  • 21:00 18.10.2026
Mendeş “Barselona” ilə oyunu buraxa bilər
Mbappe klub səviyyəsində yubileyə imza atdı
  • Çempionlar liqası
  • 01:15 16.10.2026
Mbappe klub səviyyəsində yubileyə imza atdı