3 sentyabr 2026. Cümə axşamı

UEFA “Fənərbağça”nın futbolçusu ilə bağlı intizam işi açdı


UEFA “Fənərbağça”nın futbolçusu ilə bağlı intizam işi açdı

UEFA “Fənərbağça”nın hücumçusu Meyson Qrinvudla bağlı Çempionlar Liqasının pley-off mərhələsinin “Lion”la cavab oyunundan sonra baş verən hadisələrə görə intizam araşdırmasına başlayıb.

90deqiqe.Az-ın “Daily Star”a istinadən məlumatına görə, intizam işi həmçinin “Fənərbağça”nın yarımmüdafiəçisi Matteo Genduzi və klubun özünə qarşı da açılıb.

Fransada keçirilən qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Final fitindən sonra isə stadionda kütləvi qarşıdurma yaşanıb.

Qrinvud oyundan sonra baş verən insidentin mərkəzində olub. Həmin vaxt bir neçə “Lion” azarkeşi “Fənərbağça” futbolçularının meydandakı bayramına müdaxilə etmək üçün tribunadan meydana daxil olmağa çalışıb. Genduzinin isə fransalı azarkeşləri təxribata çəkməkdə ittiham olunduğu bildirilir.

Gərginlik daha sonra stadionun tunel hissəsində də davam edib və hər iki komandanın nümayəndələri insidentə cəlb olunublar.

Qeyd edək ki, Meyson Qrinvud iyul ayında “Marsel”dən “Fənərbağça”ya transfer olunub və klubla 4 illik müqavilə imzalayıb. İngiltərəli hücumçu İstanbul təmsilçisinin 2009-cu ildən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasına kömək edib.







Çempionlar liqası