15 oktyabr 2026. Cümə axşamı

“Komo”nun Çempionlar Liqası oyunlarının keçiriləcəyi stadion bəlli oldu


“Komo”nun Çempionlar Liqası oyunlarının keçiriləcəyi stadion bəlli oldu

İtaliyanın “Komo” klubu 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının ev oyunlarını “Cüzeppe Sinyaqlya” stadionunda keçirəcəyini rəsmən təsdiqləyib.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, arena UEFA-nın tələblərinə uyğunlaşdırılıb və bunun üçün zəruri yenidənqurma işləri həyata keçirilib.

Qeyd edək ki, “Komo” tarixində ilk dəfə olaraq 2025/26 mövsümünün yekunlarına əsasən Çempionlar Liqasına vəsiqə qazanıb. Bundan əvvəl komandanın ev oyunlarını “Cüzeppe Sinyaqlya”da keçirməsinin mümkün olmayacağı ilə bağlı narahatlıqlar var idi.

Alternativ variant kimi “Mapei” stadionunun adı gündəmə gəlmişdi. Sözügedən arena “Komo” şəhərindən təxminən 200 kilometr məsafədə yerləşir.

“Cüzeppe Sinyaqlya” stadionunda yeni tribunalar inşa olunub, həmçinin infrastruktur və təhlükəsizlik sistemi müasirləşdirilib. Hazırda stadionun tutumu 12 379 tamaşaçıdır.







Çempionlar liqası

“Ştutqart” “Slovan”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 01:11 15.10.2026
“Ştutqart” “Slovan”ı darmadağın etdi
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:07 15.10.2026
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
PSJ “Mançester Siti”ni məğlub etdi
  • Çempionlar liqası
  • 01:04 15.10.2026
PSJ “Mançester Siti”ni məğlub etdi