19 oktyabr 2026. Bazar ertəsi

“Real Madrid”in futbolçusu Çempionlar Liqasının oyunlarını buraxacaq


“Real Madrid”in futbolçusu Çempionlar Liqasının oyunlarını buraxacaq

“Real Madrid”in sol cinah müdafiəçisi Ferlan Mendi komandasına UEFA Çempionlar Liqasının liqa mərhələsində kömək edə bilməyəcək.

90deqiqe.Az-ın məlumatına görə,  Madrid klubu turnirdə iştirak edəcək futbolçuların siyahısını UEFA-ya təqdim edib. 31 yaşlı fransalı müdafiəçinin adı siyahıda yer almayıb.

Hazırda Mendi növbəti zədəsini sağaldır. Futbolçu mayın əvvəlində aldığı zədə səbəbindən bir müddətdir yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, Ferlan Mendi ötən mövsüm “Real Madrid”in heyətində bütün turnirlər nəzərə alınmaqla 9 matçda iştirak edib. O, Çempionlar Liqasında isə 3 qarşılaşmada meydana çıxıb.

Fransalı futbolçu turnirdə son olaraq “Bavariya” ilə keçirilən 1/4 final mərhələsinin cavab oyununda iştirak edib. Həmin görüş “Real Madrid”in 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb və Madrid klubu turnirlə vidalaşıb.







Çempionlar liqası

Mendeş “Barselona” ilə oyunu buraxa bilər
  • Çempionlar liqası
  • 21:00 18.10.2026
Mendeş “Barselona” ilə oyunu buraxa bilər
Mbappe klub səviyyəsində yubileyə imza atdı
  • Çempionlar liqası
  • 01:15 16.10.2026
Mbappe klub səviyyəsində yubileyə imza atdı