20 oktyabr 2026. Çərşənbə axşamı

UEFA “Lion” – “Fənərbağça” oyunu ilə bağlı qərarlar verdi


UEFA “Lion” – “Fənərbağça” oyunu ilə bağlı qərarlar verdi

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Lion” və “Fənərbağça” arasında keçirilən cavab oyunundan sonra intizam qərarlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyə klubunun yarımmüdafiəçisi Matteo Genduzi görüş iştirakçılarını təhqir etməsi, azarkeşləri təxribata çəkməsi və əsas davranış qaydalarını pozması səbəbindən ümumilikdə 4 oyunluq diskvalifikasiya edilib.

Bu cəzaların 2 oyunu şərti xarakter daşıyır. Genduzinin sınaq müddəti 1 il müəyyənləşdirilib. Bundan başqa, futbolçu 50 min avro məbləğində cərimələnib.

“Fənərbağça”nın hücumçusu Meyson Qrinvuda isə 1 oyunluq şərti diskvalifikasiya və 30 min avro cərimə tətbiq olunub.

UEFA müxtəlif intizam pozuntularına görə “Fənərbağça”nı ümumilikdə 95 min avro, “Lion”u isə 108,5 min avro məbləğində cərimələyib.

Fransa klubunun qapıçılar üzrə məşqçisi Antonio Ferreyra isə hücum xarakterli davranışına görə 5 oyunluq diskvalifikasiya edilib.







Çempionlar liqası

“Əsl mübarizə apreldə başlayacaq”
  • Çempionlar liqası
  • 23:44 19.10.2026
“Əsl mübarizə apreldə başlayacaq”
“Topa sahib olmaq lazımdır”
  • Çempionlar liqası
  • 23:04 19.10.2026
“Topa sahib olmaq lazımdır”
“Bizi ağır oyun gözləyir”
  • Çempionlar liqası
  • 22:52 19.10.2026
“Bizi ağır oyun gözləyir”
“Çox sürətli komandadır”
  • Çempionlar liqası
  • 22:43 19.10.2026
“Çox sürətli komandadır”
“Çempionlar Liqasını qazanmaq istəyirik”
  • Çempionlar liqası
  • 22:38 19.10.2026
“Çempionlar Liqasını qazanmaq istəyirik”