7 sentyabr 2026. Bazar ertəsi

“Mançester Yunayted” – “Sabah” oyunu bir dəqiqəlik sükutla başlayacaq


“Mançester Yunayted” – “Sabah” oyunu bir dəqiqəlik sükutla başlayacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu həftə keçiriləcək I turun bütün qarşılaşmalarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq.

90deqiqe.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qərar Nepalda baş verən daşqınlar nəticəsində həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə qəbul edilib.

Bundan əlavə, komandalar meydana üzərində “Sən tək deyilsən, Nepal” şüarı yazılmış pankartla çıxacaqlar.

UEFA prezidenti Aleksander Çeferin bildirib ki, Avropanın futbol ailəsi Nepal xalqına başsağlığı vermək və həmrəylik nümayiş etdirmək üçün bir araya gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Sabah” da bu həftə Çempionlar Liqasında mübarizəyə başlayacaq. Bakı klubu sentyabrın 10-da İngiltərənin “Mançester Yunayted” komandası ilə “Old Trafford” stadionunda üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası