7 sentyabr 2026. Bazar ertəsi

“Onu heç vaxt unutmayacağam”


“Onu heç vaxt unutmayacağam”

“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının I turunda “Real Madrid”ə qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında madridlilərin baş məşqçisi Joze Mourinyo barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Kivu bildirib ki, “İnter” son illərdə yüksək səviyyəyə çatıb və klubun tarixində yeni səhifələr yazmaq üçün çalışmalarını davam etdirməlidir.

“Biz bu klubun tarixinə mühüm səhifələr yazmalıyıq. Son illərdə “İnter” yüksək səviyyəyə çatıb və indi onun tarixini yazmağa davam etməliyik. Bu stadionda hansı hissləri keçirirəm? İndi stadion daha da gözəl və müasir olub. Burada oynamaq hər kəs üçün xoşdur”, – deyə o bildirib.

İtaliyalı mütəxəssis Joze Mourinyonun onun üçün xüsusi insan olduğunu vurğulayıb.

“Mourinyo mənim üçün xüsusidir. Onunla tanış olmaq böyük şans idi. Həyatımın ən çətin anında mənə kömək etdi. Bunu heç vaxt unutmayacağam”, – Kivu qeyd edib.

Bununla belə, “İnter”in çalışdırıcısı məşqçilik fəaliyyətində heç vaxt kimisə təqlid etmədiyini və öz yolu ilə getdiyini söyləyib.

“Mənim öz futbol baxışım var. Bu baxış hələ futbolçu olduğum dövrdə və gənclər sektorunda çalışdığım illərdə formalaşıb. Həmin vaxt müxtəlif yanaşmaları sınamaq imkanım olub. Bunlar indi mənə kömək edir”, – deyə Kivu əlavə edib.

Qeyd edək ki, “Real Madrid” – “İnter” qarşılaşması sentyabrın 8-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“Mbappeyə qarşı oynamağa hazırıq”
  • Çempionlar liqası
  • 22:22 07.09.2026
“Mbappeyə qarşı oynamağa hazırıq”
“Onu heç vaxt unutmayacağam”
  • Çempionlar liqası
  • 22:04 07.09.2026
“Onu heç vaxt unutmayacağam”