23 oktyabr 2026. Cümə

“Mbappeyə qarşı oynamağa hazırıq”


“Mbappeyə qarşı oynamağa hazırıq”

“İnter”in kapitanı Lautaro Martines UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Real Madrid”ə qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı hücumçu Madrid təmsilçisinin güclü heyətə malik olduğunu bildirib.

“Bizi çox güclü komanda ilə oyun gözləyir. Onların heyətində yüksək səviyyəli futbolçular çoxdur. Lakin bizim də güclü tərəflərimiz və hər il yüksək səviyyədə olduqlarını sübut edən oyunçularımız var. Ən vacibi ən yaxşı oyunumuzu göstərməkdir. Kiminlə qarşılaşacağımızı bilirik”, – deyə Lautaro bildirib.

“İnter”in kapitanı qarşılaşmaya hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, komandanın yaxşı hazırlıq keçdiyini vurğulayıb.

“Vaxtımız az olsa da, bu matça yaxşı hazırlaşmışıq. Dünyanın ən yaxşı hücumçularından biri olan Mbappeyə qarşı mübarizəyə də hazırıq”, – deyə argentinalı forvard qeyd edib.

Qeyd edək ki, “Real Madrid” – “İnter” qarşılaşması sentyabrın 8-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi