23 oktyabr 2026. Cümə

Kivu “Real”la oyun öncəsi sıx qrafikdən danışdı


Kivu “Real”la oyun öncəsi sıx qrafikdən danışdı

“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Real Madrid”ə qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Kivu sıx oyun qrafikinin komanda üçün çətinlik yaratdığını bildirib.

“Şənbə axşamı keçirdiyimiz ağır və eyni zamanda möhtəşəm oyundan sonra daha bir gün istirahət etməyə üstünlük verərdim. Amma təqvim belədir və biz buna öyrəşməliyik”, – deyə mütəxəssis bildirib.

“Son iki Çempionlar Liqası mövsümündə ilk səkkizliyə düşmək üçün neçə xal toplamalı olduğumuzu anladıq. Eyni zamanda ilk səkkizliyə daxil olmamağın nə demək olduğunu da gördük. Pley-off mərhələsi çox təhlükəlidir”, – Kivu əlavə edib.

Qeyd edək ki, İtaliya təmsilçisi son matçında A Seriyasında “Napoli”ni 3:2 hesabı ilə məğlub edib. “İnter” qələbə qolunu ikinci hissəyə əlavə olunmuş vaxtda vurub.

“Real Madrid” – “İnter” qarşılaşması sentyabrın 8-də Madriddə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi