31 yanvar 2026. Şənbə

Real İstanbula 21 futbolçu ilə getdi - Modriç və Beyl...


Real İstanbula 21 futbolçu ilə getdi - Modriç və Beyl...

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qalatasaray"ın qonağı olacaq "Real" İstanbula gedib.

Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, Madrid təmsilçisi Türkiyəyə 21 futbolçu aparıb. Onların sırasında Luka Modriç və Qaret Beyl zədə səbəbindən yer almayıb:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube

Müdafiəçilər: Dani Karvahal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Marselo, Alvardo Odriozola, Benjamin Mendi

Yarımmüdafiəçilər: Toni Kroos, Kasemiro, Federiko Valverde, Xames Rodqiros, İsko

Hücumçular: Eden Hazard, Kərim Benzema, Luka Yoviç, Brahim Dias, Vinisius Junior, Rodriqo Qoes

Qeyd edək ki, "Qalatasaray" - "Real" görüşü sabah keçiriləcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”