23 oktyabr 2026. Cümə

“Çempionlar Liqasını qazanmaq istəyirik”


 “Çempionlar Liqasını qazanmaq istəyirik”

“Mançester Siti”nin müdafiəçisi Mateus Nunyes komandanın UEFA Çempionlar Liqasının yeni mövsümündəki hədəflərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Nunyes mətbuat konfransında komandanın əsas məqsədinin Çempionlar Liqasının qalibi olmaq olduğunu bildirib:

“Biz Çempionlar Liqasını qazanmaq istəyirik. Bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki,“şəhərlilər” turnirin əsas mərhələsinin ilk turunda səfərdə “Portu” ilə qarşılaşacaqlar. Görüş çərşənbə axşamı Portuqaliya klubunun meydanında keçiriləcək.

“Mançester Siti” tarixində yalnız bir dəfə Çempionlar Liqasının qalibi olub. İngiltərə klubu 2022/2023 mövsümündə turnirin kubokunu başı üzərinə qaldırıb.

Həmin vaxt komandaya Xosep Qvardiola rəhbərlik edib. İspaniyalı mütəxəssis ötən yay baş məşqçi postunu Enso Mareskaya təhvil verib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi