23 oktyabr 2026. Cümə

Lautaro Martines “İnter”in Çempionlar Liqasındakı hədəfini açıqladı


Lautaro Martines “İnter”in Çempionlar Liqasındakı hədəfini açıqladı

“İnter”in hücumçusu və kapitanı Lautaro Martines komandanın UEFA Çempionlar Liqasındakı əsas hədəfindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Argentina millisinin üzvü “neradzurri”nin turnirin qalibi olmağı qarşısına məqsəd qoyduğunu bildirib.

“Çempionlar Liqasını qazanmaq? Bu, bizim məqsədimizdir. Hamımızın arzuları var, lakin bu, sadəcə, bir vəsvəsədən daha böyük bir hədəfdir. Sakitliyimizi qorumalıyıq. Bilirik ki, turnirdə çox güclü komandalar mübarizə aparır. Amma bu, şübhəsiz ki, bizim məqsədimizdir.

Buraya ilk gəldiyim gündən deyirəm ki, “İnter”ə mümkün qədər çox titul qazandırmaq üçün çalışmalıyıq”, – deyə Martines jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, “İnter” tarixində üç dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Milan təmsilçisi 1964, 1965 və 2010-cu illərdə turnirdə çempionluq yaşayıb.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi