- Çempionlar liqası
- 10:58 08.09.2026
“İnter”in hücumçusu və kapitanı Lautaro Martines Argentina millisindəki komanda yoldaşı Xulian Alvaresin vəziyyəti barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Martines 25 yaşlı hücumçunun hazırda çətin dövr keçirdiyini bildirib:
“Alvares mənim dostumdur. Hazırda o, çətin dövr keçirir. Lakin qərarı onun klubunun prezidenti verib. Ümid edirəm ki, o, həmişə nümayiş etdirdiyi səviyyədə çıxış etməyə davam edəcək”, – deyə Martines bildirib.
Qeyd edək ki, “Atletiko Madrid” ötən yay Alvarezi “Barselona”ya satmaqdan imtina edib.
Əlavə edək ki, hazırda Lautaro Martines və “İnter”in digər futbolçuları UEFA Çempionlar Liqasının əsas mərhələsində “Real Madrid”lə keçiriləcək səfər matçına hazırlaşırlar.
“Santyaqo Bernabeu” stadionunda baş tutacaq qarşılaşma sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.