9 sentyabr 2026. Çərşənbə

"Güclü məşqçidir”


"Güclü məşqçidir”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Liverpul”a qarşı keçirəcəkləri oyun öncəsi rəqib komandanın çalışdırıcısı Andoni İraolanın işi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Simeone ispaniyalı mütəxəssisin yeni komandasında böyük həvəslə çalışdığını və bu enerjini futbolçularına da ötürə bildiyini bildirib.

“Yeni komandaya gələndə həmişə böyük həvəs hiss edirsən. O, bu həvəsi futbolçularına ötürməyi bacarır və bu baxımdan məndən üstünlüyü var. Görürəm ki, o, əvvəlki komandalarında tətbiq etdiyi yanaşmaların hamısını “Liverpul”a gətirməyə çalışır.

O, komanda ilə taktiki aspektlər üzərində çox işləyir ki, hər bir futbolçu oyunun gedişatına maksimum dərəcədə cəlb olunsun”, - deyə Simeone “Liverpool Echo”ya açıqlamasında bildirib.

“Bütün bunlar üçün düzgün yolu tapmaq müəyyən vaxt tələb edir. Lakin o, irəliləyiş əldə edir. Sonuncu oyunda komandanın daha yaxşı çıxış etdiyini gördük. İraola həqiqətən də güclü məşqçidir və nə istədiyini dəqiq bilir. Əminəm ki, öz ideyalarını futbolçularına aşılamağı bacaracaq”, - argentinalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, “Liverpul” və “Atletiko” arasında qarşılaşma 9 sentyabr tarixində keçiriləcək.







Çempionlar liqası

“Holand əjdahadır”
  • Çempionlar liqası
  • 01:47 09.09.2026
“Holand əjdahadır”