24 oktyabr 2026. Şənbə

“Qollar mütləq gələcək”


“Qollar mütləq gələcək”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yeni transferi Entoni Qordonun çıxışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Flik futbolçunun həm hücumda, həm də müdafiədəki çıxışından razı olduğunu bildirib:

“Hücumçu kimi o, qol vurmaq, epizodlar yaratmaq və son ötürmələri etmək istəyir. Bu da çox vacibdir. Qollar mütləq gələcək. Onun həm müdafiədə, həm də hücumda göstərdiyi oyundan çox razıyam”, - deyə Flikin sözlərini UEFA-nın rəsmi saytı sitat gətirib.

Daha əvvəl “Nyukasl”da çıxış edən ingiltərəli hücumçu Kataloniya klubunun heyətində keçirdiyi 4 matçda qol vura bilməsə də, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu sentyabrın 9-da “Feyenoord”a qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə 20:45-də başlayacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi