24 oktyabr 2026. Şənbə

“Mançester Siti” Çempionlar Liqasına qələbə ilə başladı


“Mançester Siti” Çempionlar Liqasına qələbə ilə başladı

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin I turunda “Portu” və “Mançester Siti” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Portuqaliyada “Draqau” stadionunda keçirilən qarşılaşma İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın baş hakimi polşalı Şimon Marçinyak olub.

“Mançester Siti”nin hücumçusu Erlinq Holand 47-ci dəqiqədə Enso Fernandesin ötürməsindən sonra hesabı açıb. Norveçli forvard 90+1-ci dəqiqədə daha bir dəfə fərqlənərək dubl edib.

Qeyd edək ki, “Portu” Portuqaliya çempionatında mövsümə 5 qələbə ilə başlayıb. Komanda son turda “Moreyrense”ni 2:1 hesabı ilə məğlub edib.

“Mançester Siti” isə İngiltərə Premyer Liqasında keçirdiyi 3 oyunun hamısında qalib gəlib. Son turda Mançester təmsilçisi “Koventri”ni 1:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqasının II turunda “Portu” “Betis”lə, “Mançester Siti” isə PSJ ilə qarşılaşacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi