15 oktyabr 2026. Cümə axşamı

“Borussiya Dortmund” “Vilyarreal”ı məğlub etdi


“Borussiya Dortmund” “Vilyarreal”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin I turunda “Borussiya Dortmund” və “Vilyarreal” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Dortmundda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə “Borussiya Dortmund” təşəbbüsə yiyələnsə də, almaniyalılar hesabı aça bilməyiblər.

53-cü dəqiqədə Renatu Veyqa topu öz qapısına göndərib və meydan sahibləri hesabda önə keçiblər.

“Vilyarreal” 66-cı dəqiqədə Santiago Mourinyonun qolu ilə hesabı bərabərləşdirib. İspaniyalı futbolçu Jorj Mikautadzenin ötürməsindən sonra fərqlənib.

Bundan sonra Seru Girassi səhnəyə çıxıb. Hücumçu 2 qol vuraraq “Borussiya Dortmund”a qələbə qazandırıb. Qarşılaşmanın sonlarında isə Girassi avtoqol müəllifi olub.

Nəticədə Dortmund təmsilçisi turnirə 3:2 hesablı qələbə ilə başlayıb.







Çempionlar liqası

“Ştutqart” “Slovan”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 01:11 15.10.2026
“Ştutqart” “Slovan”ı darmadağın etdi
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:07 15.10.2026
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
PSJ “Mançester Siti”ni məğlub etdi
  • Çempionlar liqası
  • 01:04 15.10.2026
PSJ “Mançester Siti”ni məğlub etdi