24 oktyabr 2026. Şənbə

Holand Çempionlar Liqasında yeni rekorda imza atdı


Holand Çempionlar Liqasında yeni rekorda imza atdı

Erlinq Holandın dublu “Mançester Siti”yə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Portu” üzərində qələbə qazandırıb.

90deqiqe.Az xəbər verir ki, norveçli hücumçu 2:0 hesabı ilə başa çatan qarşılaşmada 47-ci və 91-ci dəqiqələrdə fərqlənib.

Bununla da Holand Çempionlar Liqasında keçirdiyi oyunların və vurduğu qolların sayını 59-a çatdırıb. Beləliklə, 59 matçda 59 qol vuran forvard turnirdə bu göstəriciyə çatan ən məhsuldar futbolçulardan biri olub.

Holandın Çempionlar Liqasındakı qollarından 8-i “Red Bull Zalsburq”, 15-i “Borussiya Dortmund” formasında vurulub. Qalan qollar isə “Mançester Siti”nin heyətində qeydə alınıb.

Qeyd edək ki, Çempionlar Liqasının bütün dövrlər üzrə ən yaxşı bombardirləri siyahısında Holand yalnız 6 futbolçudan geri qalır. Lakin həmin oyunçuların hamısı turnirdə norveçli hücumçudan daha çox qarşılaşmada iştirak edib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi