24 oktyabr 2026. Şənbə

Mbappe Çempionlar Liqasında Raulun rekorduna çatdı


Mbappe Çempionlar Liqasında Raulun rekorduna çatdı

“Real Madrid”in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “İnter”lə matçda fərqlənərək daha bir göstəriciyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı fransalı forvard “İnter”in qapısına vurduğu qolla Çempionlar Liqasındakı ümumi qol sayını 71-ə çatdırıb.

Bununla da Mbappe “Real Madrid”in sabiq hücumçusu Raulun göstəricisini təkrarlayıb. Hər iki futbolçunun hesabında turnirdə 71 qol var.

Çempionlar Liqasının bütün dövrlər üzrə bombardirlər siyahısına isə digər sabiq “Real Madrid”li Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı ulduzun aktivində 140 qol var.

Qeyd edək ki, “Real Madrid” – “İnter” qarşılaşması hazırda “Santyaqo Bernabeu” stadionunda keçirilir. Matçda Madrid təmsilçisi 1:0 hesabı ilə öndədir.

Çempionlar Liqasının növbəti turunda “Real Madrid” oktyabrın 14-də səfərdə “Roma” ilə qarşılaşacaq. “İnter” isə oktyabrın 13-də “Brügge”ni qəbul edəcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi