24 oktyabr 2026. Şənbə

“Borussiya Dortmund”un futbolçusu oyunda ciddi zədə aldı


“Borussiya Dortmund”un futbolçusu oyunda ciddi zədə aldı

“Borussiya Dortmund”un yarımmüdafiəçisi Konstantinos Karetsas UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin I turunda “Vilyarreal”la keçirilən oyunda ciddi zədə alıb.

90deqiqe.Az xəbər verir ki, Karetsas ilk hissədə ötürmə verdiyi zaman zədələnib. 27-ci dəqiqədə meydanı xərəkdə tərk edən futbolçuya tibbi yardım göstərilib.

Daha sonra “Borussiya Dortmund” sosial şəbəkə hesabında yarımmüdafiəçinin qan dövranı ilə bağlı problem səbəbindən oyunu davam etdirə bilmədiyini açıqlayıb.

Karetsasın vəziyyətinin dəqiqləşdirilməsi üçün xəstəxanaya aparıldığı bildirilib.

Qeyd edək ki, qarşılaşma Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında məğlub edib – 1:1, penaltilər 4:3.

2026/2027 mövsümünün finalı iyunun 5-də Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi