15 oktyabr 2026. Cümə axşamı

“O, çox çalışır və tam gücü ilə oynayır”


“O, çox çalışır və tam gücü ilə oynayır”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının I turunda “İnter” üzərində qazanılan qələbədən sonra Vinisius Juniorun çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə “Movistar”a açıqlamasında danışıb.

“Vinisius? O, çox çalışdı, çox-çox çalışdı. Mən bunu bilirəm, hamımız bunu bilirik, o da bunu bilir. Hələ optimal formasına çatmayıb. Bu, hələ əvvəlki Vinisius deyil. Amma çox çalışır və özünü tamamilə oyuna həsr edir. O, hörmətə layiqdir”, – deyə Mourinyo bildirib.

Qeyd edək ki, “Real Madrid” öz meydanında “İnter”i 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqasının II turunda Madrid təmsilçisi səfərdə daha bir İtaliya klubu ilə – “Roma” ilə qarşılaşacaq. Görüş oktyabrın 14-də keçiriləcək.







Çempionlar liqası

“Ştutqart” “Slovan”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 01:11 15.10.2026
“Ştutqart” “Slovan”ı darmadağın etdi
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
  • Çempionlar liqası
  • 01:07 15.10.2026
“Budyo-Qlimt” “Borussiya”nı məğlub etdi
PSJ “Mançester Siti”ni məğlub etdi
  • Çempionlar liqası
  • 01:04 15.10.2026
PSJ “Mançester Siti”ni məğlub etdi