- Çempionlar liqası
- 01:57 09.09.2026
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Kilian Mbappe barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, Mbappeyə ünvanlanan tənqidləri şərh edən Mourinyo onun bundan sonra daha da yaxşı çıxış edəcəyini bildirib:
“Mbappeyə yönələn tənqidlər? O, əla iş gördü və vacib qol vurdu. Mbappe ilə bağlı tənqidlər məni narahat etmir. O, getdikcə daha yaxşı olacaq. Yenə Çempionlar Liqasının ən yaxşı bombardiri olacaq”, – deyə Mourinyonun sözlərini jurnalist Canluka Di Marzionun saytı yayıb.
Qeyd edək ki, fransalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “İnter”ə qarşı keçirilən matçda qol vuraraq komandasının 2:1 hesablı qələbəsinə töhfə verib.
Əlavə edək ki, Kilian Mbappe “İnter”lə oyundan əvvəl ötən mövsüm Çempionlar Liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb. Fransalı hücumçu ötən mövsüm turnirdə 15 qol vurub.