- Çempionlar liqası
- 22:13 09.09.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının əsas mərhələsində ilk oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, “Football Italia” çalışdırıcının dediklərini belə çatdırıb.
“Çox qızğın atmosferdə başlayırıq və xarakterimizi, səviyyəmizi yoxlamaq istəyirik. Bütün bu rəqiblər öz çempionatlarının güclü komandalarıdır və heyətlərində yüksək səviyyəli futbolçular var. Bərabər keçən matçda onlar bir anda oyunun nəticəsini dəyişə bilərlər.
Biz daim diqqətli olmalıyıq. Bununla yanaşı, öz gücümüzə inanmalı və rəqiblərimiz üçün eyni problemləri yarada biləcəyimizi dərk etməliyik"
Baş məşqçi komandanın fiziki vəziyyətindən də danışıb:
“Yaxşı formadayıq. Yeganə əlçatmaz futbolçu Lorenso Pelleqrini-dir. Ümid edirik ki, o, tezliklə bərpa olunacaq. Bu yeni macəraya hazırıq”.
Qeyd edək ki, İtaliya təmsilçisi turnirin ilk turunda səfərdə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 10-da keçiriləcək. “Roma” son 7 mövsümdə Çempionlar Liqasında iştirak etməyib. Paytaxt klubu sonuncu dəfə 2018/19 mövsümündə turnirdə çıxış edib.
Həmin mövsümdə “Roma” 1/8 finala qədər irəliləyib və iki oyunun nəticəsinə əsasən 3:4 hesabı ilə “Portu”ya məğlub olaraq mübarizəni dayandırıb.