25 oktyabr 2026. Bazar günü

“Qorxmadan oynayırlar, itirəcəkləri heç nə yoxdur”


“Qorxmadan oynayırlar, itirəcəkləri heç nə yoxdur”

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Norveçin “Budyo-Qlimt” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı qolkiper bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Budyo-Qlimt” Norveç çempionatında Çempionlar Liqasındakından fərqli futbol oynayır. Onlar inamlı və dəqiq ötürmələrə üstünlük verirlər. Oyunun intensivliyi böyük əhəmiyyət daşıyacaq. Düzgün tempdə oynayıb rəqibi yormağı bacarsaq, onların zəif tərəflərindən istifadə etmək üçün imkanlarımız olacaq.

Ümid edirəm ki, “Şalke” ilə heç-heçə sadəcə təsadüfi nəticə idi. Ondan əvvəl çoxsaylı qollarla başa çatan bir sıra oyunlarımız olmuşdu”, - deyə qapıçının sözlərini klubun rəsmi saytı yayıb.

Noyer rəqibin oyun üslubu barədə də danışıb:

“Rəqibin təhlili hələ tamamlanmayıb. Qarşımıza güclü komandanın çıxacağını bilirik. Demək olar ki, bütün futbolçuları norveçlidir. Onlar mübarizə aparmağı bacarırlar, eyni zamanda yaxşı futbol oynayırlar.

Onlar hətta güclü rəqiblərdən belə qorxmadıqlarını göstəriblər. Biz xəbərdar edilmişik və onların digər güclü komandalarla oyunlarını bilirik. Qorxmadan oynayırlar, itirəcəkləri heç nə yoxdur.

Bundan əlavə, komanda sabitdir və baş məşqçi 2018-ci ildən onlarla birlikdə çalışır. Hamı bilir ki, rəqibi qiymətləndirməməliyik”.

Qeyd edək ki, “Bavariya” və “Budyo-Qlimt” komandaları tarixdə ilk dəfə üz-üzə gələcəklər.Qarşılaşma sentyabrın 10-da baş tutacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi