10 sentyabr 2026. Cümə axşamı

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Ştutqart”a məğlub oldu


“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Ştutqart”a məğlub oldu

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin 1-ci turu çərçivəsində keçirilən Almaniyanın “Ştutqart” və Norveçin “Vikinq” komandaları arasındakı oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Ştutqart şəhərində yerləşən “MHPArena” stadionunda keçirilən qarşılaşmada baş hakim funksiyasını serbiyalı Nenad Minakoviç yerinə yetirib.

Görüşdə Almaniya təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.

Matçın 20-ci dəqiqəsində “Ştutqart”ın hücumçusu Ermedin Demiroviç hesabı açıb. Bundan cəmi iki dəqiqə sonra “Vikinq”in forvardı Zlatko Tripiç fərqlənərək hesabı bərabərləşdirib.

26-cı dəqiqədə Demiroviç növbəti dəfə rəqib qapısına yol taparaq dubl edib. Bundan altı dəqiqə sonra isə hücumçu het-trikini rəsmiləşdirib və komandasının 3:1 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur. Luis Enrikenin rəhbərlik etdiyi komanda ötən mövsümün finalında İngiltərənin “Arsenal” klubu ilə qarşılaşıb. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə PSJ 4:3 hesabı ilə qalib gəlib.

2026/2027 mövsümünün UEFA Çempionlar Liqası finalı 5 iyun 2027-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən “Metropolitano” stadionunda keçiriləcək.







Çempionlar liqası

“Sportinq” “Qalatasaray”ı məğlub etdi
  • Çempionlar liqası
  • 01:15 10.09.2026
“Sportinq” “Qalatasaray”ı məğlub etdi
PSJ Çempionlar Liqasına darmadağınla başladı
  • Çempionlar liqası
  • 01:03 10.09.2026
PSJ Çempionlar Liqasına darmadağınla başladı