10 sentyabr 2026. Cümə axşamı

“Barselona” Çempionlar Liqasında “Feyenoord”u darmadağın etdi


“Barselona” Çempionlar Liqasında “Feyenoord”u darmadağın etdi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin 1-ci turu çərçivəsində keçirilən “Barselona” (İspaniya) – “Feyenoord” (Niderland) qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun Barselonadakı “Spotify Kamp Nou” stadionunda keçirilib. Görüşün baş hakimi Almaniyanın Bremen şəhərindən olan Sven Yablonski olub. Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk qolu 3-cü dəqiqədə “Barselona”nın hücumçusu Rafinya vurub. 22-ci dəqiqədə hücumçu Karim Adeyemi “mavi-qranatlılar”ın üstünlüyünü iki topa çatdırıb. 57-ci dəqiqədə Rafinya dublunu rəsmiləşdiri

77-ci dəqiqədə “mavi-qranatlılar”ın vingeri Lamin Yamal fərqlənib. 82-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Sem Steyn qollardan birinin əvəzini çıxıb. 85-ci dəqiqədə isə “Barselona”nın hücumçusu Qabriel Jezus fərqlənərək yekun hesabı müəyyənləşdirib – 5:

Ümumi mərhələnin 2-ci turunda “Barselona” oktyabrın 13-də “Qalatasaray”la qarşılaşacaq, “Feyenoord” isə oktyabrın 14-də “Komo” ilə oynayaca

Qeyd edək ki, UEFA Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Paris klubu ötən mövsümün finalında Londonun “Arsenal” komandasını məğlub edib – 1:1 (4:3, penaltilər seriyası

PSJ həmçinin 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

“Sportinq” “Qalatasaray”ı məğlub etdi
  • Çempionlar liqası
  • 01:15 10.09.2026
“Sportinq” “Qalatasaray”ı məğlub etdi
PSJ Çempionlar Liqasına darmadağınla başladı
  • Çempionlar liqası
  • 01:03 10.09.2026
PSJ Çempionlar Liqasına darmadağınla başladı