10 sentyabr 2026. Cümə axşamı

PSJ Çempionlar Liqasına darmadağınla başladı


PSJ Çempionlar Liqasına darmadağınla başladı

UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün əsas mərhələsinin ilk turunda PSJ və “Slovan” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Paris şəhərindəki “Park de Prens” stadionunda keçirilən görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:1.

Ukraynalı baş hakim Nikolay Balakin idarə etdiyi matçda hesabı 17-ci dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele açıb. Fransalı futbolçu 23-cü dəqiqədə dublunu rəsmiləşdirib.

Bundan səkkiz dəqiqə sonra Ferran Torres fərqi üç topa çatdırıb. İspaniyalı hücumçu ikinci hissənin əvvəlində – 47-ci dəqiqədə yenidən fərqlənib, 57-ci dəqiqədə isə het-trik edib.

“Slovan” 59-cu dəqiqədə Süləyman Kamaranın qolu ilə hesab arasındakı fərqi azaltsa da, PSJ 88-ci dəqiqədə Fabian Ruizin qolu ilə yekun nəticəni müəyyənləşdirib – 6:1.

Qeyd edək ki, PSJ-nin heyətində rusiyalı qapıçı Matvey Safonov meydana start heyətində çıxıb və qarşılaşmanı əvəzlənmədən başa vurub.

Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda PSJ oktyabrın 14-də səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. Eyni gün “Slovan” “Ştutqart”ı qəbul edəcək.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının son qalibidir. Paris klubu ötən mövsümün finalında İngiltərənin “Arsenal” komandasını penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt isə 1:1 hesabı ilə başa çatıb.

PSJ 2024/2025 mövsümündə də Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

“Sportinq” “Qalatasaray”ı məğlub etdi
  • Çempionlar liqası
  • 01:15 10.09.2026
“Sportinq” “Qalatasaray”ı məğlub etdi
PSJ Çempionlar Liqasına darmadağınla başladı
  • Çempionlar liqası
  • 01:03 10.09.2026
PSJ Çempionlar Liqasına darmadağınla başladı