25 oktyabr 2026. Bazar günü

“Arsenal” “Napoli” səddini Edeqorun qolu ilə keçdi


“Arsenal” “Napoli” səddini Edeqorun qolu ilə keçdi

UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün əsas mərhələsinin ilk turunda İtaliyanın “Napoli” və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İsveçli baş hakim Qlen Nyuberqin idarə etdiyi matçın taleyini 75-ci dəqiqədə vurulan qol həll edib. “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor fərqlənərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, “Napoli” A Seriyasının ilk üç turunda bir qələbə qazanıb, iki dəfə məğlub olub. Neapol təmsilçisi son turda “İnter”ə 2:3 hesabı ilə uduzub.

“Arsenal” isə İngiltərə Premyer Liqasında mövsümə uğurlu başlayıb. London klubu ilk üç matçının hamısında qələbə qazanıb. “Topçular” son görüşdə “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi