25 oktyabr 2026. Bazar günü

“Sportinq” “Qalatasaray”ı məğlub etdi


“Sportinq” “Qalatasaray”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün əsas mərhələsinin ilk turunda Türkiyənin “Qalatasaray” və Portuqaliyanın “Sportinq” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Lissabondakı “Joze Alvalade” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Norveçli baş hakim Espen Eskosun idarə etdiyi matçda hesabı beşinci dəqiqədə “Sportinq”in müdafiəçisi Qonsalo İnasio avtoqolla açıb.

Portuqaliya təmsilçisi 27-ci dəqiqədə hesabı bərabərləşdirib. Jeni Katamo fərqlənərək komandası üçün ilk qolu vurub.

“Sportinq” 57-ci dəqiqədə Luis Suaresin penaltidən dəqiq zərbəsi ilə hesabda önə keçib. Rodriqo Salazar isə 63-cü dəqiqədə meydan sahiblərinin üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib – 3:1.

 







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi