25 oktyabr 2026. Bazar günü

“Hazırda dünyanın ən yaxşı komandası ilə oynadıq”


 “Hazırda dünyanın ən yaxşı komandası ilə oynadıq”

“Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorst Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Barselona”ya 1:5 hesablı məğlubiyyəti şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı mütəxəssis Kataloniya klubunu hazırda dünyanın ən güclü komandası hesab etdiyini bildirib.

“Düşünürəm ki, hazırda dünyanın ən yaxşı komandasına qarşı oynadıq. Öz futbolumuzu nümayiş etdirməyə çalışdıq. Sadəcə müdafiəyə çəkilmədik. Mən “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki qələbə münasibətilə təbrik edəndə o da mənə bunu dedi.

Üçüncü dəqiqədə erkən qol buraxdıq. Buna baxmayaraq, sonadək öz oyunumuzu göstərməyə çalışdıq”, - deyə van Bronkhorstun sözlərini RTL yayıb.

Baş məşqçi komandasının buraxdığı qollarda yol verdiyi səhvlərdən də danışıb:

“Bir neçə qolu öz səhvlərimizə görə buraxdıq. İlk qolda rəqib futbolçunu izləmədik. Digər qollardan biri isə cərimə zərbəsindən sonra divarın arasından keçdi.

Bununla belə, təzyiqə baxmayaraq, bəzi məqamlarda yaxşı oynadıq. Heyətimdəki 18 futbolçu üçün bu, Çempionlar Liqasında ilk oyun idi. Onlar bu təcrübədən nəticə çıxarmalıdırlar”.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Feyenoord”u 5:1 hesabı ilə məğlub edib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi