10 sentyabr 2026. Cümə axşamı

Xviça Kvaratsxeliya “Slovan”la oyun öncəsi mükafatlandırıldı


Xviça Kvaratsxeliya “Slovan”la oyun öncəsi mükafatlandırıldı

PSJ Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün əsas mərhələsinə inamlı qələbə ilə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Luis Enrikenin komandası ilk turda “Slovan”ı 6:1 hesabı ilə məğlub edib.

Qarşılaşmadan əvvəl PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya xüsusi mükafatla təltif olunub. 25 yaşlı futbolçuya ötən mövsüm Çempionlar Liqasının ən yaxşı oyunçusu mükafatı təqdim edilib.

Kvaratsxeliya 2025/2026 mövsümündə turnirdə 16 matç keçirib. O, bu görüşlərdə 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Luis Enrikenin komandası ilk turda “Slovan”ı 6:1 hesabı ilə məğlub edib.

PSJ son iki mövsümdə Çempionlar Liqasının qalibi olub. Paris klubu 2025-ci ilin finalında “İnter”i 5:0 hesabı ilə, 2026-cı ilin həlledici qarşılaşmasında isə “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.







Çempionlar liqası

“İkinci hissədə pis oynadıq”
  • Çempionlar liqası
  • 02:43 10.09.2026
“İkinci hissədə pis oynadıq”
Alleqri “Arsenal”a məğlubiyyəti şərh etdi
  • Çempionlar liqası
  • 02:34 10.09.2026
Alleqri “Arsenal”a məğlubiyyəti şərh etdi
“Belə futbolçularla oynamaq asandır”
  • Çempionlar liqası
  • 02:30 10.09.2026
“Belə futbolçularla oynamaq asandır”