25 oktyabr 2026. Bazar günü

“Onu hər gün belə görməkdən həzz alıram”


“Onu hər gün belə görməkdən həzz alıram”

PSJ Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Slovan”ı 6:1 hesabı ilə darmadağın edib.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike matçdan sonra 29 yaşlı futbolçunun çıxışını xüsusi qeyd edib.

“Yaxşı iş gördük, əla oynadıq. Düşünürəm ki, bu gün məni ən çox təəccübləndirən Dembele oldu. İnanılmaz intensivlik nümayiş etdirdi! Həm topla, həm də topsuz mübarizədə.

Belə Usmana sahib olmaq əsl zövqdür. Onu hər gün bu cür istək və əzmlə görməkdən həzz alıram”, - deyə Enrikenin sözlərini “Canal+” yayıb.

Qeyd edək ki, Paris klubunun qələbəsində əsas pay sahiblərindən biri Usman Dembele olub. Fransa millisinin üzvü qarşılaşmada dubl edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ növbəti oyununu sentyabrın 13-də Fransa çempionatında keçirəcək. Paris klubu səfərdə “Brest”lə qarşılaşacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi