25 oktyabr 2026. Bazar günü

“Belə futbolçularla oynamaq asandır”


“Belə futbolçularla oynamaq asandır”

PSJ-nin vingeri Ferran Torres Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Slovan” üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, “RMC Sport” ispan futbolçunun dediklərini belə çatdırıb.

 “Heç vaxt het-trik edəcəyinizi əvvəlcədən düşünmürsünüz. Düzgün intensivliklə oynamalı və topu itirdikdən sonra düzgün pressinq etməli idik. Bunu yaxşı bacardıq.

Bir neçə dəfə topu rəqibin yarımmeydanında qazandıq və yaxşı oyun keçirdik”

27 yaşlı hücumçu özünü xoşbəxt hiss etdiyini də bildirib:

“Çox xoşbəxtəm, hisslərim çox yaxşıdır. Belə futbolçularla oynamaq asandır. Həm meydanda, həm də meydandan kənarda bundan zövq almağa və xoşbəxt olmağa çalışıram”.

Qeyd edək ki, ispaniyalı futbolçu qarşılaşmada het-trikə imza ataraq komandasının böyükhesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

PSJ Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda oktyabrın 14-də “Mançester Siti” ilə qarşılaşacaq.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi